AZ   |   RU
Pentaqon rəhbəri Rüstəm Umerovla Ukraynadakı vəziyyəti müzakirə edib

ABŞ-nin müdafiə naziri Lloyd Ostinlə ukraynalı həmkarı Rüstəm Umerov arasında telefon danışığı olub. 


Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, Pentaqonun sözçüsü Pat Rayder məlumat yayıb.


Onun sözlərinə görə, nazirlər döyüş meydanındakı son hadisələri və ABŞ-nin Ukraynanın təhlükəsizlik sahəsində yardımını müzakirə ediblər.


"Ostin Umerova Ukraynanın Rusiya təcavüzü ilə mübarizə aparmaq üçün lazım olan imkanları təmin etmək məqsədi daşıyan ABŞ-nin təhlükəsizlik yardımı haqqında məlumat verdi", - deyə Rayder vurğulayıb.


Qeyd olunub  ki, bundan əlavə nazirlər Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun növbəti iclasının planlaşdırılması və beynəlxalq tərəfdaşlar tərəfindən Kiyevə gələcək güclü dəstəyi müzakirə ediblər.



Daşqın Həsənov
Missiya.Az



  • 9-12-2024, 10:28