AZ   |   RU
KİV: Bəşər Əsədin təyyarə qəzasında həlak olduğu ehtimal olunur

Suriya Prezidenti Bəşər Əsədin təyyarə qəzasında həlak olması ehtimalı yüksəkdir.


Missiya.Az “Report”a istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat verib.


Eyni zamanda, agentlik təyyarə ekipajının ötürücünü söndürə biləcəyini və bunun nəticəsində təyyarənin radarlardan itə biləcəyini istisna etmir.


“O, radarlardan itdi, ola bilsin ki, transponder söndürülüb, lakin məncə təyyarənin vurulması daha çox ehtimal olunur”, – mənbələrdən biri bildirib.


Qeyd olunub ki, Əsədin, güman ki, Dəməşqdən uçduğu İl-76 təyyarəsi (qeydiyyat nömrəsi YK-ATA) əvvəlcə İraq sərhədinə doğru istiqamət alıb, sonra şimal-şərqə, hökumətə sadiq ələvilərin yaşadığı və Rusiya hərbi bazalarının yerləşdiyi Suriyanın Aralıq dənizi sahillərinə doğru dönüb, daha sonra əks istiqamətə kəskin dönüş edərək üsyançıların nəzarətində olan Hümsün yaxınlığında radarlardan itib.


Uçuşun təyinat məntəqəsi göstərilməyib. “FlightRadar” uçuşları izləmə xidmətinin məlumatlarına görə, radarlardan itməzdən iki dəqiqə əvvəl təyyarənin uçuş hündürlüyü və sürəti tədricən 2,6 km və 64 km/saata qədər azalıb.


“FlightGlobal”ın məlumatına görə, təyyarənin son yerləşdiyi yerin yaxınlığında Əl-Kusayrdakı Suriya HHQ-nin aviabazası yerləşir. Bu ərazi hazırda üsyançıların nəzarətindədir, aviabazanın statusu məlum deyil.



  • 8-12-2024, 13:59