AZ   |   RU
Kişinyovda Zəfər Gününə həsr olunmuş barelyefin açılışı olacaq
 
Kişinyovda 8 noyabr Zəfər gününə həsr olunmuş barelyefin açılışı olacaq. 

8 noyabrda saat 12.00-də (Bakı vaxtı ilə saat 14.00-də) Kişinyovda Azərbaycanın Səfirliyinin qarşısındakı Azərbaycan  guşəsində 8 noyabr Zəfər gününə həsr olunmuş barelyefin təntənəli açılış  mərasimi keçiriləcək. 

Barelyefin üzərində zəfərin rəmzi olan “Dəmir yumruq” və sülhün rəmzi olan - “Xarı bül-bül” əks olunub. Həmçinin barelyefdə üç dildə-azərbaycan, rumın və ingilis dillərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Qarabağ- Azərbaycandır. Biz bundan sonra qalib ölkə və müzəffər xalq kimi əbədi yaşayacağıq” sözləri yazılıb.  Bundan başqa “Dəmir yumruğun” altında üç dildə “Bizim birliyimiz-bizim gücümüzdür” şüarı əks olunub. 

Açılışda rəsmi şəxslərin, Moldovada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin, mədəniyyət xadimlərinin, Azərbaycan diasporunun üzvlərinin və yerli KİV nümayəndələrinin iştirakı gözlənilir.



  • 7-11-2021, 19:29