AZ   |   RU
Bitkoinin qiyməti 99 min dolları keçib


Bitkoinin kriptovalyutasının qiyməti 99 min dollardan yuxarı qalxaraq öz tarixi rekorduna imza atıb.

Missiya.Az 
xarici KİV-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə 07:17-də “Binance” platformasında Bitkoinin dəyəri 99,136 min dollara, 07:33-də isə 98,598 min dollara çatıb.

Ekspertlərin fikrincə, bitkoin yaxın günlərdə 100 min dollar həddini keçə bilər.

Bitcoin ilin əvvəlindən bəri ümumilikdə iki dəfədən çox dəyər qazanıb, qazancın demək olar ki, yarısı, təxminən 45%-i Donald Trampın ABŞ-də 5 noyabr prezident seçkilərində qalib gəlməsindən sonra son iki həftə ərzində əldə edilib. Konsepsiya 2008-ci ilin noyabrında Satoşi Nakamoto təxəllüslü biri və ya müəlliflər qrupu tərəfindən dərc edilib.

Zərintac Mayisqızı
Missiya.Az




  • 22-11-2024, 12:51