AZ   |   RU
Azərbaycanda koronavirus əleyhinə peyvənd olunan yeniyetmələrin sayı açıqlanıb

Bu günə qədər 439 nəfər yeniyetmə koronavirus əleyhinə vurulan vaksinasiya prosesində iştirak edib.

Missiya.Az xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, onlar arasında hər hansı ağırlaşma, yaxud fəsad qeydə alınmayıb.

Qeyd edək ki, yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılır. Yeniyetmələr yalnız tibbi göstəriş olduğu halda hər iki valideyinin razılığı ilə peyvənd oluna bilərlər.


  • 2-11-2021, 14:52