AZ   |   RU
"Qafqazda iqlim dəyişikliyinin təsirləri haqqında faydalı hesabata görə UNEP-ə minnətdarıq"


Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezidentin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Cənubi Qafqaz regionunda iqlim dəyişikliyinin mənfi təsirləri probleminə diqqət yetirdiyinə görə BMT-nin Ətraf Mühit Proqramına (UNEP) təşəkkürünü bildirib.



Missiya.Az xəbər verir ki, bu barədə H.Hacıyev "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.



  • 6-11-2024, 18:25