AZ   |   RU
İran Prezidenti Məsud Pezeşkian gələn həftə Azərbaycana gələcək


İran Prezidenti Məsud Pezeşkian gələn həftə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycana gələcək.


Missiya.Az "Report"a istinadən xəbər verir ki, bunu İran Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Həbibullah Abbasi İRNA agentliyinə açıqlamasında deyib.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) noyabrın 11-22 tarixlərində Bakıda keçiriləcək.




  • Dünən, 23:46