AZ   |   RU
“Gənc bələdçi” layihəsi başlayır


Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə “Gənc bələdçi” layihəsinə start verilir. 



Missiya.Az xəbər verir ki, layihə 15 sentyabr-15 oktyabr tarixləri aralığında, müxtəlif regionlarda - Lənkəran, Qəbələ, İsmayıllı, Şəki şəhərlərində baş tutacaq. 


Layihənin əsas məqsədi yeni ekoturizm təşəbbüslərinin yaradılması, Azərbaycanın zəngin mədəni və tarixi irsinin təbliğ olunması, ətraf mühitin qorunması, bölgələrə yerli və xarici turistlərin cəlb olunması, gənclərin məşğulluğunun artırılması və gənc bələdçilərin formalaşdırılmasıdır. “Gənc bələdçi” layihəsi gənc iştirakçıların bilik və bacarıqlarının artırılmasını, gənclərdə təkmilləşdirilmiş turizm təcrübələrilə nəticələnən mədəni və tarixi məlumatlılığın artırılmasını və ekoturizm infrastrukturunun və xidmətlərinin inkişafını hədəfləyir. 4 regionda ümumilikdə 100-ə yaxın gəncin iştirakı ilə baş tutacaq layihə çərçivəsində “tur və düşərgələrin planlanması”, “ekstrimal vəziyyətlərin idarə edilməsi”, “ekoturlar üçün marketinq strategiyaları və multimedia hesablarından məqsədyönlü istifadə”, “maliyyə menecmenti”, “özünəməşğulluq” və bir sıra mövzularlarda 4 günlük təlimlər proqramı həyata keçiriləcək. 


Qeyd edilən regionlarda yaşayan, turizm və bələdçilik sahəsinə maraqlı gənclər qeydiyyat linki vasitəsilə iştirakçı ərizələrini təqdim edə bilərlər:

 https://forms.gle/daPEJVzAVin7Ju3x5



  • 30-10-2024, 21:26