AZ   |   RU
Şimali Koreyanın xarici işlər naziri Moskvaya rəsmi səfərə yola düşüb


Şimali Koreyanın xarici işlər naziri Ço Son Hui Rusiyanın paytaxtı Moskvaya rəsmi səfərə yola düşüb.

Missiya.Az 
xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Uçuşdan əvvəl o, Rusiyanın Pxenyandakı səfiri Aleksandr Matseqora ilə görüşüb.

"Oktyabrın 28-də səfir Matseqora Pxenyan Beynəlxalq Hava Limanında Moskvada rəsmi səfərdə olan nümayəndə heyətinə rəhbərlik edən Şimali Koreyanın xarici işlər naziri Ço Son Hui ilə görüşüb", - səfirliyin teleqram kanalında dərc olunmuş bəyanatında deyilib.

"Şimali Koreyanın baş diplomatı Hazırda Vladivostokdadır və sabah Moskvada olacaq”, - deyə Aleksandr Matseqora TASS-a bildirib.

Səfər Rusiya prezidenti Vladimir Putinin iyun ayında Pxenyana dövlət səfəri zamanı Şimali Koreya lideri Kim Çen In  ilə birlikdə  əldə edilmiş strateji dialoq razılaşmasının bir hissəsidir.


Zərintac Mayisqızı
Missiya.Az




  • Dünən, 12:42