AZ   |   RU
Məhkəmə Zelenskiyə 10 gün vaxt verib

Ukrayna məhkəməsi ölkə prezidenti Volodimir Zelenskini prezident seçkilərinin təyin edilməsi ilə bağlı iddianın müzakirəsinə cəlb etmək qərarına gəlib və ona mübahisənin mahiyyəti ilə bağlı izahat vermək üçün 10 gün vaxt verib. 


Missiya.Az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının müxalif partiyasından olan deputatı Aleksandr Dubinski özünün “Teleqram” kanalında məlumat yayıb.


Onun sözlərinə görə, məhkəmə başqa bir qərarla Ali Rada aparatının işə xitam verilməsi ilə bağlı təqdim etdiyi vəsatəti “mübahisənin predmeti siyasi xarakter daşıyır” əsası ilə rədd edib. 


Dubinski qeyd edib ki, növbəti məhkəmə iclası noyabrın 11-də olacaq.

 

 

Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 14:18