AZ   |   RU
İspaniyada daşqınlar 51 nəfərin həyatına son qoyub

İspaniyanın Valensiya vilayətində daşqınlar 51 nəfərin həyatına son qoyub. 


Missiya.Az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.


Bildirilir ki, güclü yağışlar nəticəsində bir neçə kənddə küçələr çaya çevrilib, dəmir yolu əlaqəsi kəsilib, magistral yollar bağlanıb.


Məlumata görə, güclü yağışlar İspaniyanın cənub və şərq bölgələrində daşqınlara səbəb olub. Malaqada 300-ə yaxın sərnişini daşıyan yüksək sürətli qatar relsdən çıxıb. Ölən və yaralanan yoxdur. 


Qeyd olunub ki, küçələrdən yüksək sürətlə axan sel suları avtomobilləri aparıb. Polis və xilasedicilər evlərin və avtomobillərin damındakı insanları xilas etmək üçün vertolyotlardan istifadə ediblər.



Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 14:31