AZ   |   RU
Ərdoğan Meral Akşenerə qarşı açdığı bütün iddiaları geri götürüb

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İYİ Partiyanın keçmiş sədri  Meral Akşenerlə bağlı iddia və şikayətlərini geri götürüb.

Missiya.Az “TRT haber”ə istinadən xəbər verir ki,  bu barədə Prezident Ərdoğanın vəkili Hüseyn Aydın sosial media hesabında məlumat yayıb.

"Prezidentimiz Meral Akşenerə qarşı açılan iddia və şikayətlərdən imtina edib. Bu çərçivədə prezidentin təhqir edilməsi ilə bağlı açılan 3 istintaq işi və mənəvi ziyan tələbi ilə bağlı 4 iddia isə ləğv edilib”,-deyə o qeyd edib.


Leyla SƏMƏNDƏR
Missiya.Az

 




  • Bu gün, 14:52