AZ   |   RU
İydə və onun çəyirdəyinin faydaları - ARAŞDIRMA


İydə bir çox faydaları ilə tanınan meyvədir. Tərkibində A, C, E vitaminləri, flaovan qlikozidlər, liflər, uçucu yağlar, yağ turşuları mövcuddur. İydənin çəyirdəyi də çox xeyirlidir. Həm özü, həm də çəyirdəyi ayrı-ayrılıqda insanalara yardımçı olur.

Öncə həmin meyvənin faydalarını təqdim edirik:

Tərkibində lif çox olduğu üçün bağırsaq problem və həzmsizliyi aradan qaldırır;

Sodium, fosforla zəngindir, bol protein var;

Öskürəyə yaxşı təsir edir;

Xərçəng xəstəliyinə qarşı effektivdir;

Zehni gücləndirir;

Üz və dəri üçün xeyirlidir;

Arıqlamaq istəyənlər dieta zamanı daxili yağları əritmək üçün iydə yeyə bilər və s.

İydə çəyirdəyinin faydaları isə aşağıdakılardır:

Osteoporoz (Sümük əriməsi olaraq da bilinir, digər bir mənası süngərimsi (gözənəkli) sümük deməkdir) üçün yaxşı ola bilər - Adı çəkilən meyvənin çəyirdəyi bunun üçün yararlıdır və ağrı azaldıcı təsiridir;

Əzələləri rahatladır - Tərkibindəki ekstraktlar sayəsində təbii əzələ rahatladıcı funksiyasını yerinə yetirir və ağrılı dövrlərdə dərman əvəzinə üstünlük verilə bilər;

Həzm sistemini tənzimləyir - Bilinən digər faydası isə həzm sistemini tənzimləməsidir və ishal kimi hallarda seçim edilə bilər;

Yaraları sağaldır;

Qan şəkərini tənzimləməyə kömək edir;

Ürək sağlamlığını dəstəkləyə bilər;

Qaraciyər yağını azaltmağa yardımçı olur;

Ekzemanın ( xroniki, residivlərlə müşayiət olunan, dünyanın bütün ölkələrində təsadüf olunan polietioloji allergik dəri xəstəliyidir) təsirlərini azaltmaq üçün də effektivdir.

Vurğulayaq ki, iydədən normal miqdarda, qədərində istifadəyə diqqət edilməlidir.


Zərintac Mayisqızı
Missiya.Az




  • 29-10-2024, 11:29