AZ   |   RU
"Gənclərimizi pis vərdişlərdən qorumalıyıq ki, gələcəyimizdən arxayın olaq"



Qloballaşmanın geniş vüsət aldığı bir dövrdə gənclərin təlim-tərbiyəsi milli-mənəvi dəyərlərin qorunub saxlanması, vətənpərvərlik hissinin yüksəldilməsi vacibliyinə  söykənməlidir"


Bu fikirləri Missiya.Az-a açıqlamasında Türk Ağsaqqalları İctimai Birliyi -TAİB-in İcra Aparatının rəhbəri Nicat Dağlar deyib. 


Gənclərin müəyyən kəsiminin davranışındakı qüsurlardan danışan TAİB təmsilçisi qeyd edib ki, gənclərin milli maraqlara, adət-ənənələmizə, zəngin tariximizə bağlılığını, narkotiklərdən uzaq durmalarını təmin etmək və bu istiqamətlərdə maarifləndirici işlər aparmaq sağlam gələcəyimizə qoyulan sərmayə deməkdir:


"Belə bir deyim var: Gənclik dünyaya kumirlərinin gözü ilə baxır. Çox təəssüf ki, indi Azərbayan gəncliyinin müəyyən bir hissəsi dünyaya adını çəkmək istəmədiyim Tik-Tok fenomenlərinin gözü ilə baxır. Bircə kişiyə oxşamasınlar deyə özlərini iyrənc vəziyyətə salan oğlanlarımız, geyim tərzi ilə özünü əxlaqsız qadına  oxşadan qızlarımız var... Narkotik bəlası isə təhlükəli həddədir. Sözsüz ki, bu gedişat  ölkəmizə yaxşı gələcək vəd eləmir. Təmsil olunduğum Türk Ağsaqqalları İctimai Birliyi mövcud vəziyyətdən narahat olaraq çıxış yollarını aramağa çalışır, bu məqsədlə ictimai müzakirələr təşkil edir. Ümumi rəy belədir ki,  vətəndaş cəmiyyəti nümayəndələrinin məktəblərlə təması artırılmalı, xüsusən yuxarı sinif şagirdləri ilə maarifləndirmə işləri dərinləşdirilməlidir". 


Nicat Dağlar sonda qeyd edib ki, gənclərimizin kumiri əxlaqdan, tərbiyədən uzaq düşüb gələcəyimizin qəsdinə duran küçə adamları yox,  Milli Qəhrəmanlarımız olmalıdır!




  • 11-10-2024, 22:42