AZ   |   RU
Ədəbiyyat üzrə “Nobel”in sahibi bəlli olub


Ədəbiyyat üzrə “Nobel” mükafatı laureatı açıqlanıb.

Missiya.Az
xarici KİV-ə istinadən xəbər verir ki, 54 yaşlı cənubi koreyalı yazıçı Han Kang sözügedən sahə üzrə 2024-cü ilin laureatı elan edilib.

O bu mükafata tarixi sarsıntılarla qarşılaşan və insan həyatının kövrəkliyini üzə çıxaran gərgin poetik nəsrinə görə layiq görülüb. Han Kang 1970-ci ildə Cənubi Koreyada anadan olub. O, yazıçı Han Sınqvonun qızıdır. 10 yaşında olarkən öz “Yunan dərsləri" adlı əsərində də bəhs etdiyi Suyuriyə köçüb. Yonsey Universitetində ədəbiyyat üzrə təhsil alıb. Müəllifin qardaşı Han Donq Rim də yazıçıdır. 1993-cü ildə şeirlərinin “Ədəbiyyat və cəmiyyət" adlı dərgidə çap edilməsi ilə karyerasına başlayıb. Öz bədii debütünü isə növbəti ildə qısa hekayəsi “Qırmızı lövbər"in “Seul Şinmun” bahar müsabiqəsində qalib gəlməsi ilə başlayıb. O vaxtdan bəri “İ Sanq” ədəbiyyat mükafatı(2005), “Günün gənc artisti” mükafatı və “Koreya Roman Ədəbiyyatı ” mükafatına layiq görülüb.

2016-cı ildə yazdığı mental cəhətdən xəstə olan və ailəsinin etinasızlığı ilə qarşılaşan qadının həyatından bəhs edən “Vegeterian" adlı əsərilə Beynəlxalq "Booker” mükafatına layiq görülüb. Roman həmçinin müəllifin ingilis dilinə tərcümə edilən ilk əsəridirr. Sözügedən əsər Azərbaycan dilinə də tərcümə olunub.


Zərintac Mayisqızı
Missiya.Az




  • 10-10-2024, 15:20