AZ   |   RU
2 oktyabr-Beynəlxalq Qeyri-Zorakılıq Günüdür


2007-ci il iyunun 15-də BMT Baş Assambleyasının qəbul etdiyi qərarla 2 oktyabr tarixi Beynəlxalq Qeyri-zorakılıq Günü kimi qeyd edilir.

Missiya.Az xəbər verir ki, qəbul olunmuş qətnamədə bu beynəlxalq günün məqsədi belə izah olunur: sülh, dözümlülük anlayışını və zorakılıqdan imtina mədəniyyətini insanlara çatdırmaqdır.

Bu tarix BMT Baş Assambleyasının qəbul etdiyi qərarla Hindistanın müstəqilliyi uğrunda mübarizə aparan hərəkatın lideri və qeyri-zorakılıq fəlsəfəsinin banisi Mahatma Qandinin doğum gününə təyin edilib.

2010-cu ildə Azərbaycanda məişət zorakılığı, o cümlədən uşaqlara qarşı məişət zorakılığının profilaktikasına diqqətin artırılması məqsədilə “Məişət Zorakılığının qarşısının alınması” haqqında Qanun qəbul edilib. 2012-ci ildə isə “Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, şikayətlərə baxılma Qaydası”nın təsdiq edilməsi haqqında qanun qəbul edilib. Sözügedən qanun məişət zorakılığına məruz qalmış şəxslərə cinayət olmayan əməllərdən belə qorunmağa imkan yaradır(cinayət tərkibinin əlamətləri olmayan şikayətlərə: pisixi təsir göstərmə, iqtisadi asıllılıqda saxlama, təhqir, təhdid, ictimai təcrid etmə və s. mənəvi zorakılıq halları daxildir).

Zaman-zaman ailə daxilində atan-ananın bir-birinə, ya da övladına qarşı, məktəblərdə də yeniyetmələrin zorakı hərəkətlərə yol verməsinin şahidi oluruq. Təməl ailədən, məktəbdən qoyulur. Ona görə də valideyn və müəllimlər xüsusilə diqqətli olsunlar.

Zorakılıq qeyri-insani davranışdır. İnsanlar həmin əməldən çəkinməli, dünyanı pisliklərlə çirkinləşdirməməlidirlər!


Zərintac Mayisqızı
Missiya.Az




  • 2-10-2024, 10:29