AZ   |   RU
Siqaretin fəsadları - Elektron siqarətin zərərləri daha çoxdur – Həkimdən açıqlama


Günümüzdə çox insan tütündən istifadə edir. Siqaretin yaratdığı xəstəliklərlə bağlı kifayət qədər informasiyalar olsa da əksər şəxslər bunu o qədər də ciddi hesab etmir və zamanla ölümcül fəsadları ilə üzləşirlər. Hətta bəzən uşaqların, yeniyetmələrin də ailəsindən icazəsiz, gizli şəkildə siqaret çəkdiklərini eşidirik. Təbii ki, azyaşlılarda daha kəskin problemlər ortaya çıxır.

Həkim-terapevt Günay Musayeva Missiya.Az-a açıqlamasında deyib ki, tütün ağciyərlərdə 90 faiz hallarda xərçəng xəstəliyinin yaranmasının əsas səbəbkarı hesab olunur:

“Aktiv siqaret çəkənlərdə ağız boşluğu, mədə, bağırsaq xərçənginin yaranması eləcə də xroniki xəstəliklərin yaranma ehtimalı daha yüksəkdir. Son illər siqaretdən imtina edə bilməyən nikotin aludəçiləri çıxış yolunu elektron siqaretdə görür. Lakin yanılırlar. Siqaretin tərkibində olanların hamısı elektron siqaretdə də mövcuddur və insan sağlamlığı üçün birbaşa təhlükədir. Elektron siqaretin tərkibində nikotindən, müxtəlif aromatik əlavələrdən və qatqılardan ibarət maye var və sözügedən siqaretin istifadəsi zamanı həmin maye qızaraq buxara çevrilir. O nəfəs borusu vasitəsilə ağciyərlərimizə ötürülür. Elektron siqaret çəkərkən buxar halında olan aerozol ağız boşluğu tənəffüs yolunun selikli qişasını ciddi şəkildə yandıraraq zədələyir və ağır xəstəliklərlə nədicələnir. Xərçəng, kəskin ağciyər və ürək xəstəliklərini yaratma potensialı adi siqaretlə müqayisədə daha artıqdır".



Həkim - terapevtin sözlərinə görə elektron siqaretlər çox ciddi kansoragen maddə sayılırlar:

“Araşdırmalar göstərir ki, elektron siqaret istifadə edənlərdə infarkt riski iki dəfə yüksəkdir. O cümlədən, immun sisteminə mənfi təsirləri də qeyd olunub. Elektron siqaretin adi siqaretin tərgidilməsinə yardımçı olub-olmadığı ilə əlaqədar dair 700 nəfərdən ibarət geniş araşdırma var. Tədqiqat nəticəsində qruplar arasında siqaretin buraxmaq baxımından statistik fərq olmadığı qənaətinə gəlinib. Elektron siqaretin adi siqaretdən qurtulmaq üçün vasitə olması ilə bağlı kifayət qədər dəlil yoxdur”.

İnsanı həyatına təhdid olan tütündən nə qədər uzaq dursaq bir o qədər sağlam yaşayarıq.


Zərintac Mayisqızı
Missiya.Az





  • Dünən, 10:45