Kəskin respirator virus infeksiyasından (KRVİ) fərqli olaraq, qrip birdən başlayır.
Missiya.Az "İzvestisiya"ya istinadən xəbər verir ki, bunu rusiyalı yoluxucu xəstəliklər üzrə mütəxəssis Andrey Pozdnyakov deyib.
Onun sözlərinə görə, qripin ilkin mərhələsində insan bir saat ərzində xəstəliyin başlanğıc vaxtını hiss edə bilər. Sözügedən amillər də KRVİ-ni qripdən fərqləndirir:
"Həmçinin əlamətlər arasında yüksək temperatur, şiddətli intoksikasiya, baş, əzələ və oynaqlarda ağrıları baş verir. Tənəffüs yollarından gələn simptomlar isə daha sonra özünü göstərir. Öskürək qripin inkişaf etməyə başladığı andan ikinci və ya üçüncü gündə yaranır".
Həkim, vurğulayıb ki, öskürək əvvəlcə sadə, sonra tez-tez olur. Pozdnyakov qrip ağırlaşmalarını erkən və gec olmaqla 2 yerə ayırır. Erkən olanlar arasında o, ağciyərin zədələnməsini, ilkin qrip pnevmoniyasını, ağır intoksikasiyanı, mərkəzi sinir sisteminin zədələnməsinin mümkün inkişafını sadalayıb. Mütəxəssis tənəffüs yollarının ikincili bakterial ağırlaşmalarını gec fəsadlar - sinüzit, tonzillit, faringit hesab edir.
Qeyd etmək yerinə düşər ki, mövsümi dəyişikliklər səbəbindən həmin xəstəliklərə yoluxma riski daha da çoxalır.
Zərintac Mayisqızı
Missiya.Az