AZ   |   RU
Azərbaycanın Ağdağ yüksəkliyini nəzarətə götürməsi barədə yeni xəbər - Gorus meri danışır - FOTO

Azərbaycanın Qafan rayonu ilə sərhəddə yerləşən strateji yüksəklik - Ağdağ təpəsini nəzarətə götürməsi ilə bağlı yeni xəbərlər yayılıb. Bu dəfə strateji təpənin Azərbaycanın nəzarətinə keçməsi barədə Gorus meri Gevoq Parsyan danışıb. 

Missiya.Az
Ermənistan mediasına istinadən xəbər verir ki, Parsyan, Azərbaycan ordusunun 2020-ci ilin qışından Ağdağ yüksəkliyinə nəzarət etdiyini deyib. 

Parsyan Azərbaycan hərbçilərin yüksəkliyi nəzarətə götürmə cəhdlərindən danışıb. O bildirib ki, Azərbaycan tərəfi əraziyə qoşun yeritdiyi üçün güzəştə getməyə məcbur olublar. 

Sitat: “Onlar bir neçə dəfə təpəni nəzarətə götürməyə cəhd göstərdilər. Biz onları geri qaytardıq. Təəccüblüdür ki, Azərbaycan hərbçiləri təpəyə qoşunla gəldilər və bizi təhdid etdilər”, - sitatın sonu. 

Mer bildirib ki, Rusiya sülhməramlılarının iştirakı ilə üçtərəfli danışıqlardan sonra Azərbaycan tərəfi qoşunu geri çəkməyə razılıq verib.
 
Sitat: “Razılığa gəldik ki, əraziyə Ermənistan və Azərbaycan hərbçiləri ilə yanaşı Rusiya sülhməramlıları da yerləşdirilməlidir. Əldə olunan razılıq icra edildi”, - sitatın sonu. 

Parsyanın iddiasına görə, Ağdağ yüksəkliyi Azərbaycanın nəzarətinə verildiyi üçün Ermənistanın bir neçə kəndinə aparan yol İrəvanın nəzarətində çıxıb. 

Sitat: “İndi Ermənistanın bir neçə sərhəd kəndinə gedən yol Azərbaycanın nəzarətindədir. Biz kənddən kəndə keçmək üçün alterantiv yoldan istifadə edirik. Bizdə olan məlumata görə, indi həmin strateji ərazidə Rusiya sülhməramlıları yoxdur”, - sitatın sonu. 

Qeyd edək ki, bir neçə gün əvvəl "Ermənistan" blokunun deputatı Anna Qriqoryan Ağdağ yüksəkliyinin Azərbaycanın nəzarətinə keçdiyini iddia etmişdi.
 
Elvin
Missiya.Az


  • 22-10-2021, 18:04