AZ   |   RU
İş yerlərinin çoxu niyə paytaxtda yaradılıb? - AÇIQLAMA


Azərbaycan Dövləti Statistika Komitəsinin yaydığı məlumata görə iş yerlərinin 80 %-i paytaxt Bakının payına düşür. Biznesin böyük bir hissəsinin Bakıda cəmləşməsi Azərbaycan iqtisadiyyatının arzuolunmaz məsələlərindənir. İllərdir ki, həmin problem davam edir, aktualdır. Bu həm də şəhərdə insan sıxlığını da artırır. Niyə şirkətlərin əsas hissəsi paytaxtda qurulur?

İqtisadçı ekspert Xalid Kərimli Missiya.Az-a açıqlamasında deyib ki, yeni iş yerlərinin Bakıda təşkil olunmasının bir neçə səbəbi var:

“Birinci amil yeni qurumlar lokal siyahı, ərazi seçəndə bəzi amillərə baxırlar. Onlar əsas faktor olaraq resursa yaxın olmağa çalışır. Bu xammal materialı, ya da turizm resursu ola bilər. Dağ, çay, meşə və s. İkinci məqam alıcıya yaxınlıqdır. Şirkətlər resursu harada bol və ucuz tapa bilərlər ona, sonra məhsulları harada satacaqlar orada yerləşir. Həmçinin, paytaxt ətrafında  kənd təsərrüfatı müəssisələri, heyvandarlıqla məşğul olan uyğun yerlər kifayət qədərdir v ə rayonlardan gələnlər orada cəmləşirlər. O cümlədən turizm obyektlərinin çoxu da Bakıdadır. Onu da vurğulayım ki, Gədəbəydə qızıl yataqları mövcuddur. Ona görə müəssisələrin bir hissəsi də orada yerləşir”.

Ekspert bildirib ki, satış bazarının böyük qisminin paytaxatda olması ölkə əhalisinin alıcılıq qabiliyyətinin əhəmiyyətli hissəsinin məhz burada olmasıdır:

“Şirkət qərar verir ki, resursa yaxın olmaq, ya bazara yaxın yerləşmək daha vacibdir. Pis-yaxşı ölkə iqtisadiyyatının 80 %-i Bakıdadır. Pərakəndə ticarət dövriyyəsi ilə bağlı statistikalara baxanda görürük ki, hər il paytaxtın pərakəndə ticarət dövriyyəsində payı artır. Son illərin statistikası da onu söyləməyə imkan verir. Dövriyyə və satış üçün alıcılar Bakıdadır”.



Xalid Kərimli əlavə edib ki, üçüncü əsas məqam kadr potensialıdır:

“İxtisaslı kadrların hamısı deməyək, önəmli hissəsi paytaxtdadır. Rayonlara kadrlar toplamaq da biraz çətindir. Məsələn vətəndaşın çoxu Bakıda yaşayır, işçilər də buradadır. Çox rahat şəkildə iş yerin gedib-gəlir. İctimai nəqliyyatdan istifadə edir. Hansısa bir ucqar, kənar rayonda şirkət quranda işçi yığmaq əlavə xərcə səbəb olur. Qurum onun yataqxanasını verməlidir, xərclərini qarşılamalıdır. Bəli, bir daha təkrar edim ki, həm bazara, həm ixtisaslı kadrlara yaxınlıq, habelə şirkətlərə xidmət göstərən digər qurumların da paytaxtda olması müəssisələrin daha çox Bakıda açılmağa meyilli olmasına gətirib çıxarır”.


Zərintac  Mayisqızı
Missiya.Az





  • 23-09-2024, 11:20