AZ   |   RU
Hər gün yumurta yemək bu xəstəliklərin dərmanıdır - ARAŞDIRMA


Toyuq yumurtası bir çox faydaları ilə tanınır. Ona əsasən səhər yeməyində üstünlük verilir. Demək olar ki, hər kəsin soyuducusunda ən azı 2 dənə bu məhsuldan olur. Təbii ki, günün digər saatlarında da yeyilir. Bişirilməsi daha asan başa gələn yemək kimi...


Yumurta bəzi şəxslərin pəhrizində çox vacib rol oynayır. Arıqlamaq istəyənlər onu qaynadılmış formada yeməlidir. Əksər mütəxəssislər onu mükəmməl qida məhsulu hesab edir. Araşdırmalara görə həftədə 5-7 dənədən çox olmamaqla yumurta qəbulu bədənə çox zərər yetirməz. Orqanizmin düzgün fəaliyyət göstərməsi üçün bədənimiz 11 əvəzolunmaz yağ turşuları istehsal edir, sözügedən qidanın tərkibində isə bunlardan 9-u var.


Yumurta immun sistemini gücləndirir, müxtəlif infeksiyalara qarşı mübarizə aparmağa orqanizmə yardımçı olur. Çünki həmin məhsulun tərkibi immun sistemi üçün vacib mikroelementlə - selenlə zəngindir. Yumurta stress və gərginliyi də azaldır. Onda psixi sağlamlığa cavabdeh olan əvəzolunmaz amin turşuları var. Hansı ki onlar serotonin hormonlarının istehsalına kömək edərək bədəni rahatlaşdırır və xoş ovqat yaradır.


Bu qida diş və sümüklərİ möhkəmləndirir. Günəş şüaları ilə yanaşı, yumurta da D vitamininin ən yaxşı mənbəyidir. Habelə əzələləri bərpa edir, saçları uzadır və dərini gənc saxlayır.

Lakin həddindən çox yumurta yemək xolesterol səviyyəsini əhəmiyyətli dərəcədə artıra və ürəyin fəaliyyətini pisləşdirə bilər. Ona görə normada, qədərində qəbuluna diqqət etmək tövsiyə olunur.


Zərintac Mayisqızı
Missiya.Az




  • 19-09-2024, 10:43