Rusiya ilə NATO arasında vəziyyət yenidən gərginləşib.
Missiya.Az xarici mətbuata istinadən xəbər verir ki, Rusiya NATO-ya Ukrayna ilə bağlı xəbərdarlıq edib.
Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunub ki, NATO Ukraynanın alyansa daxil edilməsi ilə hər hansı addım atarsa, Moskvadan cavab veriləcək.
NATO-nun baş katibi Yens Stoltenberg rəsmi Moskvanın təhdidlərinə cavab verib.
Stoltenberg bildirib ki, NATO-Rusiya münasibətləri Soyuq Müharibə dövründəkindən də gərgindir. “Rusiyanın nüvə silahı bizim təhlükəsizliyimiz üçün böyük təhdiddir. Bu təhdidə qarşı sərt tədbirlər görəcəyik”.
Qeyd edək ki, Rusiyanın şərqindəki Donbas və Luqansk bölgələrini, həmçinin Krım yarımadasını işğal atında saxlayır. Bu səbəbdən, iki qonşu ölkə müharibə vəziyyətində yaşayır. Elvin
Missiya.Az