AZ   |   RU
Doğulduğu gün şəhadətə yüksəldi - Nizami rayonunda şəhid Elton Qasımovun anım mərasimi keçirilib - FOTOLAR
Bu gün Nizami rayonunda II Qarabağ Müharibəsinin şəhidi Elton Qasımovun doğum günü və şəhadətə yüksəlməsinin birinci ildönümü münasibətilə anım mərasimi keçirilib.

Şəhidin doğmaları, dostları, döyüş yoldaşları, rayon ictimaiyyətinin nümayəndələri və məktəblilər əvvəlcə Keşlə qəsəbəsində yerləşən Nizami Rayonunun Şəhidlər Xiyabanını ziyarət ediblər. Nizami rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nizami Rayon Təşkilatının rəhbərliyinin də iştirak etdiyi mərasimdə şəhidin məzarı üzərinöə əklillər və tər şiçəklər qoyulub. Çıxış edənlər Elton Qasımovun keçdiyi döyüş yolundan, onun döyüşlərdə göstərdiyi şücaətlərdən danışıblar. 

Qeyd olunub ki, Vətən müharibəsində qanları ilə tarix yazan qəhrəman oğullarımız Azərbaycan gəncliyinə vətənbpərvərlik nümunələri yaradıb və onların keçdiyi şərəfli yol bundan sonra əbədi olaraq hər bir gəncimiz üçün örnək və qürur mənbəyi olacaq. Dövlətimizin şəhid ailələri və qazilərə göstərdiyi münasibətdən söz açan rəsmilər, Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban Xanım Əliyevanın vətən torpaqlarının azadlığı uğrunda döyüşlərdə canlarından keçənlərin xatirəsini yüksək ehtiramla yad etdiklərini, şəhid ailələri və qazilərimizə doğma münasibət göstərdiklərini vurğulayıblar. 

Mərasimdə iştirak edən YAP Nizami Rayon Təşkilatının sədri Ramil Vəlibəyov və Missiya Media Qrupunun rəhbəri, Türk Ağsaqqalları Birliyinin təsisçisi Ramin Əhmədov şəhid ailələri ilə görüşüb, xiyabanda hər iki qurumun birgə dəstəyi ilə aparılan yenidənqurma və abadlıq işlərinin gedişatı ilə maraqlanıblar. Qeyd edək ki, YAP Nizami Rayon Təşkilatı və Missiya Media Qrupunun birgə dəstəyi ilə şəhid Elton Qasımovun və II Qarabağ müharibəsində şəhid olmuş 250 saylı məktəbin digər məzunlarının xatirə guşələri də hazırlanır. Məktəbin həyətində inşa olunan guşənin açılışı Qələbə Günü ərəfəsində təşkil olunacaq.










  • 18-10-2021, 15:03