AZ   |   RU
Azərbaycanın XİN başçısı Ermənistandakı revanşist qüvvələrə xəbərdarlıq edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistandakı revanşist qüvvələrə xəbərdarlıq edib.

Missiya.Az
xəbər verir ki, o deyib ki, Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsi vacibdir. 

“Ermənistandakı revanşist qüvvələrə tövsiyəmiz ondan ibarətdir ki, yanlış yolla getməsinlər. İmzalanmış sənədin yerinə yetirilməsi vacibdir”, - Ceyhun Bayramov oktyabrın 18-də Qətərin Baş nazir müavini, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani ilə birgə keçirdikləri mətbuat konfransında bildirib.

  • 18-10-2021, 11:58