Azərbaycan post-sovet məkanında Rusiyanın ən etibarlı strateji tərəfdaşıdır.
Missiya.Az report-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası parlamentinin Beynəlxalq İşlər Komitəsinin sədri Leonid Slutskiy Moskva şəhərində Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ilə diaspor nümayəndələri arasındakı görüşdə bildirib.
Rusiyalı millət vəkilinin fikrincə, 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsi tarixi həqiqətin qələbəsidir, bunda da Prezident və Ali Baş komandan İlham Əliyevin böyük töhfəsi var:
“Prezident İlham Əliyev atasının vədini yerinə yetirmək üçün bu günə doğru addım-addım irəliləyib”.