AZ   |   RU
TAİB-in ilk Ümumi Yığıncağına hazırlıq toplantısı keçirilib - FOTOLAR

Bu gün Türk Ağsaqqalları Birliyinin İlk Ümumi Yığıncağına hazırlıqla bağlı toplantı keçirilib.

Missiya.Az xəbər verir ki, Azərbaycanın dövlət himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlayan toplantıda ölkənin tanınmış ziyalıları, elm və mədəniyyət xadimləri iştirak edib.

Türk Ağsaqqalları Birliyinin (TAİB) təsisçisi Ramin Əhmədov bildirib ki, yeni yaradılmış təşkilat türkdilli ölkələr arasında inteqrasiyanın sürətlənməsinə və türk birliyinin daha da möhkəmlənməsinə öz töhfələrini verəcək. Rəsmi adı Türk Ağsaqqalları Arasında Əlaqlərin İnkişafı İctimai Birliyi olan yeni təşkilatın dövlət və milli maraqlara söykənəcəyini və Prezident İlham Əliyevin çağırışlarına uyğun fəaliyyət göstərəcəyini deyən Ramin Əhmədov qarşıdakı mərhələdə türk dünyası ilə bağlı böyük layihələr həyata keçirəcəklərini də qeyd edib.

Tədbirdə çıxış edənlər Birliyin yaradılmasının tarixi zərurətdən irəli gəldiyini vurğulayaraq, Türk Ağsaqqalları Birliyinin fəaliyyətində yaxından iştirak edəcəklərini bildiriblər.

Toplantıda Türk Ağsaqqalları Birliyinin ilk Ümumi Yığıncağına hazırlıq üzrə 9 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb. Komitənin sədri vəzifəsinə isə yekdilliklə tibb elmləri doktoru, akademik Südeyif İmamverdiyev seçilib. Akademik də öz çıxışında türk birliyinin möhkəmləndirilməsi işində səylərin artırılmasının əhəmiyyətindən danışıb və yeni yaradılmış birliyin bu istiqamətdə səmərəli fəaliyyət göstərcəyinə əminliyini ifadə edib.
Toplantıda o da qərarlaşdırılıb ki, birliyin 21 nəfərdən İbarət İdarə heyəti formalaşdırılsın.

İdarə Heyətinin üzvləri noyabrın sonlarında keçiriləcək Ümumi Yığıncaq tərəfindən seçiləcək. Bu qurumda təkcə Azərbaycandan deyil, digər türkdilli ökələrdən nümayəndələr də təmsil olunacaq.  

Toplantı iştirakçılarının diqqətinə akademik Teymur Bünyadovun təbdikləri də çatdırılıb. Teymur Bünyadov Türk Ağaqqalları Birliyinin yaradılmasını tarixi hadisə hesab etdiyini bildirib və bu təşkilatın fəaliyyətində yaxından iştirak edəcəyini vurğulayıb. 

Qeyd edək ki, toplantıya onlayn qaydada həm Azərbaycanın, həm də türkdilli ölkələrin tanınmış ziyalıları da qoşulub. Onlar da Türk Ağsaqqalları Birliyinin böyük məqsədlərindən bəhs edib və qədəm basılan şərəfli yolda Azərbaycan ziyalıları ilə birgə fəaliyyət göstərəcəklərindən qürur hissi keçirdiklərini bildiriblər. 
 

 
 
 
 








  • 14-10-2021, 16:26