AZ   |   RU
DÇ-2022: Serbiya - Azərbaycan matçı başlayıb

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Belqraddakı Rayko Mitiç stadionunda Serbiya - Azərbaycan oyunu başlayıb.
Missiya.Az
xəbər verir ki, “CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanan oyunu Belçikadan olan hakimlər briqadası idarə edir. Qarşılaşmanın baş hakimi Erik Lambrextsdir. Ona Rien Vanizer və Jo De Vayrdt kömək edirlər. Dördüncü hakim funksiyasını Natan Verbumen yerinə yetirir.
Matçın VAR hakimi Laurens Visser, onun köməkçisi Conatan Landotdur.


  • 12-10-2021, 23:12