AZ   |   RU
General Mövlam Şixəliyevin vəsatətləri təmin edilməyib

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev, həmçinin MTN-in keçmiş əməkdaşları - Vüsal Əliyev, Yasin Məmmədov, Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

Missiya.Az
xəbər verir ki, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə vəkillərin qaldırdığı vəsatətlərlə bağlı qərar elan olunub.

Qərara əsasən, vəsatətlər təmin edilməyib.

Məhkəmənin baxış iclası oktyabrın 26-na təyin olunub.


  • 11-10-2021, 17:26