AZ   |   RU
"Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əlaqələr çoxşaxəli perspektivə malikdir" - Ramin Əhmədov

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak etmək üçün Qazaxıstana səfərə gedib.

Missiya.Az
 xəbər verir ki, bu barədə TAİB təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov öz "facebook" hesabında yazıb.

O bildirib ki, cənab prezident bundan əvvəl də Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının toplantısında fəxri qonaq kimi iştirak edib. Budəfəki səfər isə Mərkəzi Asiya və Azərbacan Respublikasının dövlət başçıları arasında görüşə görədir.

"Dövlətimizin xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafına həmişə xüsusi önəm verilib. Bu ölkələrlə əməkdaşlığımız təkcə ikitərəfli səviyyədə deyil, həm də beynəlxalq təşkilatlar çərçivəsində müvəffəqiyətlə davam edir. 


Bu bir reallıqdır ki, Mərkəzi Asiyadan Avropaya gedən ən qısa və təhlükəsiz tranzit yolları ölkəmizin ərazisindən keçir. Təkcə bu fakt Azərbaycanın cazibəsini artırır. Burada həm də Prezident İlham Əliyevin sayəsində Azərbaycanın geopolitik arealda etibarlı tərəfdaşa çevrilməsini də xüsusi vurğulamalıyıq. 


Qazaxıstanda keçirilən görüşdə sözsüz ki, Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında əməkdaşlığı genişləndirmək xüsusunda yeni üfüqlər müəyyənləşdiriləcək, mövcud potensialdan maksimum yararlanmağın yollarına aydınlıq gətiriləcək. Tam əminliklə deyə bilərik ki, Azərbaycanla Çin, Mərkəzi Asiya ölkələri arasında qurulmuş əlaqələr ciddi və çoxşaxəli perspektivlərə malikdir. Prezidentimizin yorulmaz çalışmaları isə perspektivlərin real inkişafa çevrilməsini daha da sürətləndirir",-deyə Ramin Əhmədov qeyd edib.


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 9-08-2024, 09:36