AZ   |   RU
Nizami rayonunda şəhid ailələrinə diqqət sistemli şəkildədir – Daha iki ünvanda görüş keçirilib

Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatı və Missiyya Media Qrupunun birgə təşkilatçılığı ilə Vətən Müharibəsinin ildönümü ilə əlaqədar şəhid ailələrini ziyarət təbdirləri davam etdirilir.

Missiya.Az
 
xəbər verir ki, növbəti belə görüşlər Vətən Müharibəsi şəhidi Elton Qasımov və Murad Məmmədovun ailəsi ilə keçirilib.

Görüşdə YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Missiya Media Qrupunun rəhbəri, Türk Ağsaqqalları Birliyinin İdarə Heyətinin sədri Ramin Əhmədov ailələri qayğılandıran məsələlərlə maraqlanıb, şəhidlərimizin ildönümü mərasimlərinin keçirilməsinə köməklik göstərilib. Qeyd olunub ki, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi uğrunda şəhid olmuş hərbçilərin ailələrinin, Qarabağ müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin sosial məsələlərinin həlli daim dövlətin diqqət mərkəzindədir.

Şəhidlərin doğmaları onlara göstərilən diqqət və qayğıya görə müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər. Daha sonra şəhid Elton Qasımovun atası ilə birgə onun məzunu olduğu 250 saylı məktəbə baş çəkilib. Məktəb direktorunun da iştirakı ilə Vətən Müharibəsində şəhid olmuş məktəbin məzunlarının xatirə guşəsinin hazırlanması müzakirə olunub. YAP Nizami Rayon Təşkilatı və Missiya Media Qrupunun birgə dəstəyi ilə hazırlanacaq xatirə guşəsinin layihəsi üzrə işlər yaxın günlərdə start götürəcək. Qeyd edək ki, şəhid ailələrinin ziyarət tədbirləri qarşıdakı günlərdə də davam etdiriləcək.

 

  • 11-10-2021, 16:40