Azərbaycan Prezidenti İlham Əliyev iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində 50 ölkənin təmsilçisi olan media və media təşkilatları nümayəndələrinin müxtəlif məzmunlu suallarını cavablandırdı.
3 saat ərzində davam edən sual-cavab prosesi İlham Əliyevin tam səmimi, dolğun, dəqiq və nəinki dünyanın, bütövlükdə kainatın sağlam düşüncəylə idarə olunmasına effektli təsir göstərəcək fikirləri konteksində, o cümlədən iştirakçıların Prezidentlə sərbəst, azad, rahat formada ünsiyyət qurmaları baxımından tarixi nümunə yaratmış oldu.
İkinci Qlobal Media Forumun mövzusu Şuşaya çox yaraşdı. "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” Şuşadan elan olundu. Şuşa mübarizəsiylə qalib olan şəhərdir.
Yuxarıya zirvədən nüfuz etmək, hadisələri fövqünə vararaq qiymətləndirmək ən doğrusu. Forumda Azərbaycan Prezidenti beynəlxalq media resursları təmsilçilərinin ölkəmizə mütəmadi dəvət edilməsinin, real vəziyyətlə şəxsən tanış olmalarının, bilmək istədikləri həqiqətləri birinci şəxsdən – ən mötəbər mənbədən öyrənmələrinin xaricdən planlı hazırlanan dezinformasiyaya qarşı mübarizədə ən təsirli üsul olduğunu vurğuladı.
İlk dəfə keçirilən Qlobal Şuşa Forumundan keçən bir il ərzində Azərbaycanın simasında Cənubi Qafqazda çox dərin dəyişikliklər baş verib. Ən əsası 30 il işğala məruz qalan ölkə ərazi bütövlüyünü 44 gün içərisində bərpa etdikdən sonra iki Forumun keçirilmə müddəti arasındakı o qızıl günlərdə suverenliyini bütün nöqtələr boyunca bərpa edib.
Xəbis düşüncə sahiblərinin idarəçiliyi altında əzilən dünyada təbii ki, məntiq sınacaq. Qafqazı şikəst duruma salmış geosiyasi mənzərənin kökündən dəyişilməsini, haqqın dirçəlməsini, ədalətin bərqərar olmasını təmin edən Azərbaycana Qərbin və himayədarlarının alqışı ünvanlanmalıydı, əksi baş verdi. Yalan üzərində qurulan “xanimandan” ölkəmizə 30 ildir tuşlanan dezinformasiya hücumu, daha kəskinləşdi, ikrah yaradacaq səviyyə endi.
Məkan Şuşa. Tarix 2024. Zaman 20 iyul. Soruşanlar beynəlxalq aləmə məxsus media və yerli jurnalistlər. Gerçəyi bütün kolariti ilə açıq, şəffaf, təsirli söyləyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev.
Ev sahibi olasan və çıxışına ilk olaraq belə başlayasan: “Məni bu tədbirə dəvət etdiyinizə görə təşəkkür edirəm. Bu, böyük şərəfdir”.
Belə münasibət sağlam niyyətə, düzgün əmələ, peşəkarlıq prinsipinə malik olan media əhlinə İlham Əliyevin hörmətinin növbəti təzahürüdür – mənası budur: bu möhtəşəm tədbir sizindir.
Bu həşəmətli gün Azərbaycan mediasının ikiqat bayramıdır. Ali qonağımız ölkə başçısıdır, mötəbər qonaqlarımız xarici həmkarlarımızdır.Prezidentimiz jurnalistlərin qonağı olduğuna görə böyük şərəf hissi yaşadığını dilə gətirir. Belə mühitdə ünvanlanan suallara verilən Prezident cavabları öz enerji tutumuna görə dünyanı məhvərinə qaytarmaq gücündədir.
İlham Əliyevin cavablarının məzmununu ümumiləşdirsək, planetin feyklərlə ştrixlənən çirkli əməl xəritəsinin əvəzinə yür kürəsi insanlarının yaşamaq istədyi və doğrunun hakim olduğu gözəl dünyanın xəritəsini görərik.
Qarabağa xoş gəlmisiz, hörmətli xarici həmkarlarımız. 22 iyul həmkarlarınız olan bizim günümüzdür.
149 yaşımız var, dünyanın dezinformasiya girdabında əzildiyini çox görmüşük, bunca əzildiyinin az şahidi olmuşuq.
Kömək edək, dünya bizim olan yeganə məkandır. Azərbaycan Prezidenti aydın və hamar yol göstərdi. Bu yolla gedib Şuşa zirvəsinə çatan ölkəyə inanın. Səmimiyyət üzərində qurulan strategiya qara daşları göyərdə, o yurdu yaşıl dünya naminə hədəflərə çatdıra bilər.
Şuşanın gözü ilə dünyaya baxanda dezinformasiya ordusu çox cılız görünür. Baxın və doğru informasiyanın əzəmətini cılız dezinformasiyanın rəzalətinə qurban verməyin, QURBAN VERMƏYƏK, MEDİA!
Ceyhun Musaoğlu
Jurnalist Ekspert Mərkəzinin sədri