AZ   |   RU
“İt kimi hürən Serjik qorxur ki, İlham Əliyevin əli ona da çatacaq” – Ramin Əhmədov

“Prezident İlham Əliyev çıxışlarında Ermənistan ictimaiyyətini çalxalayan fikirlər səsləndirir, keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyan barəsində ifşaedici faktlar açıqlayır. Ölkə başçısı bu məzmunlu çıxışlarından birini Suqovşan səfəri zamanı edib. Onun sabiq prezident, uşaq qatili, terrorçu başı olan Serj Sarkisyanla bağlı səsləndirdiyi faktlara əsaslanan fikirləri Xocalı qatilini bərk qıcıqlandırıb. Sarkisyan öz aləmində Prezidentə cavab açıqlaması yayıb. Onun yaydığı açıqlamada səsləndirdiyi iddiaların heç biri fakta əsaslanmır, yalan və iftiralarla doludur”.
 
Missiya.Az xəbər verir ki, bu sözləri Missiya Media Qrupun rəhbəri, Türk Ağsaqqalları Birliyinin (TAİB) İdarə Heyətinin sədri Ramin Əhmədov Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın Prezident İlham Əliyev barədə sərsəmləmələri barədə danışarkən deyib.
 
Ramin Əhmədov bildirib ki, Serj Sarkisyandan fərqli olaraq, Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərin hamısı faktlara əsaslanır:
 
“Serj Sarkisyan özü də yaxşı bilir ki, erməni xalqının faciəsinin, cəmiyyətin 30 ilə yaxın müddətdə yalançı ideologiya ətrafında birləşməsinin əsas səbəbkarı, o və təmsil etdiyi “Qarabağ klanı”dır. Azərbaycanın Vətən Müharibəsində qələbəsi Sarkisyanın erməni cəmiyyətinə illər boyu söylədiyi yalanların ifşasına gətirib çıxardı. “Məğlubedilməz ordu”, “Dənizdən dənizə Ermənistan” yalanları ilə aldadılan ermənilər Vətən Müharibəsində uğradıqları məğlubiyyət nəticəsində anladılar ki, Sarkisyanın onlara aşıladığı kimi, nə güclü ordu var, nə də möhkəm sütunlar üzərində qurulmuş dövlət. Hazırda Sarkisyan kimi Xocalı cəlladlarının həyata keçirdikləri siyasət nəticəsində Ermənistan dövlətinin varlığı sual altına düşüb”.
 
R.Əhmədov qeyd edib ki, Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Xocali qatili Serj Sarkisyanın olan-qalan nüfuzunu yerlə bir edib:
“Serj Sarkisyan qorxur ki, Prezident İlham Əliyevin səsləndirdiyi ifşaedici faktlardan ona qarşı istifadə olunsun. Odur ki, onun narahatlığı başadüşüləndir. Fakt odur ki, Azərbaycan Prezidentinin Ermənistan ordusunda Sarkisyanın hakimiyyəti  dövründə baş vermiş özbaşınalıqlar, rüşvətxorluq halları və hərc-mərcliklə bağlı erməni cəmiyyətinə təqdim etdiyi yeni faktlar nəticəsində Xocalı cəlladı nüfuzunu tamamilə itirmək üzrədir”.
 
Ramin Əhmədov bildirib ki, dünya birliyi Serj Sarkisyan və onun silahdaşlarının Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərə hüquqi qiymət verməlidir: “Sarkisyan Azərbaycan xalqına qarşı törətdiyi cinayətləri özü etiraf edib. Onun həyata keçirdiyi vandalizm siyasətinə hüquqi qiymət vermək dünya birliyinin üzərinə düşən ən ümdə vəzifə olmalıdır. Amma biz görürük ki, Sarkisyanın xalqımıza qarşı törətdiyi cinayətlər dünya birliyi tərəfindən görməzdən gəlinir. Sarkisyan əmin olsun ki, Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərə görə gec-tez cavab verəcək. Birinci Qarabağ Müharibəsində azərbaycanlılara işgəncə vermiş erməni terrorçuların Vətən Müharibəsi zamanı əsir götürülməsi və onların əməllərinə hüquqi qiymətin verilməsi Serj Sarkisyan üçün də bir mesaj olmalıdır. Yəqin ki, o, həm də bu mesajı aldığına görə möhkəm qorxuya düşüb. Hiss edir ki, İlham Əliyevin əli ona da çatacaq. Narahatdır ki, Qarabağda törətdiyi qanlı cinayətlərə, terror aktlarına görə bir gün cavab verməli olacaq. Ona görə də indi it kimi hürür”.

Missiya.Az 

  • 6-10-2021, 17:46