AZ   |   RU
Sumqayıtda iki avtomobil toqquşub, xəsarət alanlar var


Sumqayıtda Çerkassi küçəsində yol-nəqliyyat hadisəsi baş verib.



Missiya.Az "Report"a istinadən xəbər verir ki, "Hyundai" və "Kia" markalı minik avtomobillərinin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.


Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.


Faktla bağlı araşdırma aparılır.



  • 19-07-2024, 22:19