AZ   |   RU
“Rusiya aerodromları məhv edilməlidir” - Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski Qərb liderlərini işğalçı dövlətin ərazisindəki hərbi obyektləri məhv etmək üçün silahlarından istifadə etməyə icazə verməyə çağırıb. Xüsusilə, düşmən təyyarələrinin havaya qalxdığı, uşaqları və mülki insanları bombaladığı aerodromları vurmağa icazə verməyi istəyib.


Missiya.Az “Ukrinform”a istinadən xəbər verir ki, bu sözləri Zelenski Böyük Böyük Britaniyada keçirilən Avropa siyasi ictimaiyyətinin sammitinin ilk plenar sessiyasında çıxışı zamanı deyib.


“Silahdan istifadəyə nə qədər az məhdudiyyət qoysaq, Rusiya bir o qədər sülh istiqamətində hərəkət edəcək. Uşaqlarımızı və vətəndaşlarımızı bombalamaq üçün Rusiya aerodromlarından təyyarələr qalxır. Bütün bu aerodromlar məhv edilməlidir. Bu, təkcə müəyyən hədəflərin məhv edilməsi deyil, həm də Rusiyanın bu müharibəni davam etdirmək qabiliyyətiin məhvi demək olacaq”, - deyə siyasətçi vurğulayıb.


Zelenski qeyd edib ki, döyüş meydanındakı reallıq vəziyyəti istənilən söhbətdən daha yaxşı izah edir.


“Biz bu müharibəni diplomatik səylər və silahlarla bitirə bilərik”, - deyə siyasətçi əlavə edib.


Zelenski bildirib ki, hava hücumundan müdafiə sistemi nə qədər güclü olarsa, Rusiya prezidenti Vladimir Putin bir o qədər aciz olacaq.



Daşqın Həsənov
Missiya.Az



  • 18-07-2024, 15:41