AZ   |   RU
Putin hakimiyyətdən gedərsə… - Rusiya dağılacaqmı?

 
Rusiya prezidenti Vladimir Putin onun yerinə başqa birinin gələcəyi təqdirdə Rusiyanın taleyinin necə olacağından danışıb. 


Missiya.Az Rusiya mediasına istinadən xəbər verir ki, Putin bu barədə NBC telekanalına müsahibəsində danışıb. 


O qeyd edib ki, hazırkı postundan gedəndən sonra öllkədə elə bir dəyişiklik olmayacaq, Rusiya dağılmayacaq. Aparıcı Putindən yerinə başqası gələndən sonra hər şeyin bir gecədə çökəcəyindən qorxmur ki? Rusiya dövlət başçısı belə cavab verib: “Bir gecədə nə çökəcək? İndi çoxlu problemlər var, amma vəziyyət tamam başqadır. Nə vaxtsa mənim yerimə mütləq başqa bir adam gələcək. Bütün bunlar niyə çökməlidir?” 


O xatırladıb ki, 2000-ci ildə hakimiyyətə gələndə Rusiya suverenliyini qoruyub saxlamaq barədə düşünürdü, çoxlu sayda insan yoxsulluq həddində yaşayırdı və ÜDM-in səviyyəsi “plintusdan aşağı düşmüşdü”. İndi Putinin sözlərinə görə, Rusiyada çoxlu problemlər olsa da, vəziyyət başqadır. 


Putin vurğulayıb ki, ona qarşı tənqidlərə baxmayaraq, prezidentliyə namizədlər ölkənin güclənməsinə çalışsalar, onları dəstəkləyəcək. “Əgər görsəm ki, bir insan vətənə sadiqdir, təkcə illərini deyil, bütün həyatını Vətənə fəda etməyə hazırdır, şəxsən mənimlə necə rəftar etməsindən asılı olmayaraq hər şeyi edəcəm ki, belə insanlar dəstək qazansın " - Putin deyib.


 Prezident əlavə edib ki, bir gün bütün insanlar dəyişəcək və bu prosesi “təbii, bioloji” adlandırıb. O, Rusiya dövlətinin təməl siyasətinin dəyişməz qalacağına və ölkənin “ayaq üstündə möhkəm dayanacağına” əmin olduğunu da vurğulayıb. 


Elcan 
Missiya.Az



  • 12-07-2024, 15:13