AZ   |   RU
Ronaldo bu səbəbdən futbolu tərk etmir

“Kriştianu Ronaldo daha bir neçə il futbol oynamağa davam edəcək”.


Missiya.Az xəbər verir ki, bunu ruminiyalı futbolçu Adrian Mutu “IAM Sport”a müsahibəsi zamanı deyib.


Onun sözlərinə görə, Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasında çıxış edən 39 yaşlı Ronaldo oğlu Junior ilə rəsmi matç oynamaq istəyir və buna görə də futbolu tərk etmək istəmir.


“Bu məqsəd Ronaldonu futbol oynamağa daha çox sövq edir. Bu onun əsl motivasiyasıdır”, - deyə Mutu vurğulayıb.


Qeyd edək ki, 14 yaşlı Junior "Əl-Nəsr"in gənclərdən ibarət komandasında çıxış edir.



Daşqın Həsənov
Missiya.Az



  • 8-07-2024, 16:12