AZ   |   RU
Türkiyə ordusu İraqda yeni əməliyyat keçirib - 9 terrorçu öldürülüb


Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı “Pəncə-Kilit” bölgəsində yeni əməliyyat keçirib.

Missiya.Az
 xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, əməliyyat nəticəsində PKK terror təşkilatının doqquz üzvü öldürülüb.

Nazirlikdən bildirilib ki, terorrçuların ərazidəki bütün sığınacaqları dağıdılacaq, şəhidlərin qanı yerdə qalmayacaq: “Mübarizəmiz əzm və qətiyyətlə davam edəcək”.

Zərintac Mayisqızı
Missiya.Az





  • 5-07-2024, 14:59