AZ   |   RU
Gürcüstanın beş şəhərində mer seçkilərinin ikinci turu keçiriləcək

Gürcüstanın beş böyük şəhərində – Tbilisi, Rustavi, Batumi, Kutaisi və Potidə mer seçkilərinin ikinci turu keçiriləcək.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə əsasən, bu şəhərlərdə namizədlərin heç biri birinci turda qələbə üçün yetərli səs toplaya bilməyib.

Seçki qanunvericiliyinə əsasən, birinci turda mer postuna seçilmək üçün namizədlərin hər hansı biri səslərin 50 faizindən çoxunu toplamalıdır.
Səslərin 41,61 faizinin sayılmasından sonra paytaxt Tbilisidə hakim Gürcü Arzusu Partiyasının namizədi, hazırki mer Kaxa Kaladze 45,5 faiz, müxalif Vahid Milli Hərəkatın namizədi Nika Meliya 34,13 faiz səs yığıb.

Rustavidə Gürcü Arzusu Partiyasının namizədi Nino Latsabidze 45,5 faiz, müxalif Vahid Milli Hərəkatın namizədi David Kirkitadxe 34,13 faiz səs, Batumidə Gürcü Arzusu Partiyasının namizədi Arçil Çikovani 41,49 faiz, Vahid Milli Hərəkatın namizədi Georgi Kirtadze 42,34 faiz toplayıb.
Kutaisi və Potidə də namizədlərdən hər hansı biri birinci turda mer seçilmək üçün seçicilərin yarısından çoxunun səsini ala bilməyib.


  • 3-10-2021, 10:48