AZ   |   RU
IOC Paris-2024-ün mümkün ləğvi ilə bağlı bəyanat yayıb


Beynəlxalq Olimpiya Komitəsi (IOC) Fransanın paytaxtı Parisdə keçiriləcək olimpiadanın ləğvi ilə bağlı şayiələrin yayılmasına münasibət bildirib.

Missiya.Az 
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə IOC-un mətbuat xidməti məlumat yayıb.


“Bu, açıq-aydın Fransaya, IOC-a, onun prezidentinə və Yay Olimpiya Oyunlarına qarşı davam edən dezinformasiya kampaniyasının bir hissəsidir. Bu, heç bir fakta əsaslanmır. IOC prezidenti və bütün Olimpiya Hərəkatı iyulun 26-da keçiriləcək açılış mərasimindən başlayaraq, Parisdə təşkil olunacaq möhtəşəm olimpiadanı səbirsizliklə gözləyir”, - deyə bəyanatda qeyd edilib.

Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək gerçəkləşəcək.

Zərintac Mayisqızı
Missiya.Az




  • 4-07-2024, 14:10