AZ   |   RU
Ərdoğan-Putin görüşündə diqqətçəkən detal - Rusiya prezidenti "Dağlıq Qarabağ" ifadəsini niyə işlətməyib?

Ermənistan mediasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rus həmkarı Vladimir Putinin Soçidə keçirilmiş görüşündə diqqətçəkən məqamlarla bağlı məqalə tərc edib.

Missiya.Az
xəbər verir ki, “Hayeli.am” saytında dərc olunan yazıda Ərdoğanın Putinlə görüşdən sonra Füzuli Hava Limanının açılışına gələcəyi ilə bağlı məlumatın yayılmasına toxunulub.

Müəllif yazır ki, Ərdoğan bu səfərlə “Azərbaycanın yanındayıq və Qarabağda varıq” mesajını verir.

Jurnalistlərin Ərdoğan-Putin görüşü ilə bağlı diqqət çəkdiyi məqamlardan biri də Rusiya Prezidenti Vladimir Putinin Türkiyə lideri ilə görüşdə “Dağlıq Qarabağ” ifadəsini işlətməməsidir. Putin Qarabağdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzinin fəaliyyətindən danışarkən Mərkəzin Cənubi Qafqazda sabitliyin qaratı olduğunu deyib.

Qeyd edək ki, Vladimir Putin Prezident İlham Əliyevlə son görüşü zamanı da “Dağlıq Qarabağ” ifadəsini işlətməmişdi.

Bundan başqa, iyulun 18-də Bakıda Prezident İlham Əliyevlə keçirdiyi ortaq mətbuat konfransı zamanı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də bir dəfə olsun "Dağlıq Qarabağ" sözünü səslənləndirməmişdi.

Dünya liderlərinin “Dağlıq Qarabağ” ifadəsindən imtina etməsi, onların Azərbaycanın regionda yaratdığı reallıqlara hesablaşdığının bariz nümunəsidir. Xatırladaq ki, ölkə başçısı iyulun 7-də imzaladığı fərmanla Azərbaycanda Dağlıq Qarabağ iqtisadi rayonunu ləğv edib, əvəzində isə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Ölkə başçısı həm Qarabağ münaqişəsinin həll olunduğunu, həm də Azərbaycan sərhədləri daxilində “Dağlıq Qarabağ” adlı ərazi vahidinin olmadığını bəyan edib.

Elvin
Missiya.Az


  • 1-10-2021, 16:50