AZ   |   RU
Yaşayış binasında yanğın - xəsarət alanlardan 3-ü evə buraxılıb, digərlərinin müalicəsi davam edir


Sumqayıt şəhəri, stansiya Sumqayıt adlanan ərazidə doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib, tüstüdən zəhərlənənlər var.


Missiya.Az "Report"a istinadən xəbər verir ki, hadisə “Stansiya Sumqayıt” adlanan ərazidə, keçmiş məcburi köçkünlərin yaşadığı binada qeydə alınıb.

Əraziyə polis əməkdaşları cəlb edilib, bina sakini təhlükəsizlik tədbirləri çərçivəsində 25 bina sakini təxliyə olunub.

Məlumata görə, baş verən yanğın qısa müddətdə söndürülüb. Tüstüdən zəhərlənən 6 nəfər xəstəxanaya yerləşdirilib:

2001-ci il təvəllüdlü Tural Məmmədov,

1994-cü il təvəllüdlü Elvin Nağıyev,

1999-cu il təvəllüdlü Məhəmməd Yaşar,

Tərlan Kərimov,

Mütəllim İbrahimov,

Fərid Nədibov.

Qeyd olunub ki, onlara digər qazların toksiki təsiri diaqnozu təyin edilib. Vəziyyəti qənaətbəxş hesab olunan 3 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 3 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir.




  • 28-06-2024, 00:36