AZ   |   RU
Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidi Hörmət Baratov dəfn edilib - FOTO

 

Bakı şəhərindəki I Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Hörmət Beytulla oğlu Baratovla Xaçmaz rayonunda keçirilən vida mərasimi başa çatıb.

Missiya.Az "Report"-a istinadən xəbər verir ki, şəhidin nəşi Xaçmaz rayonu Nərəcan kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Xaçmaz Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.




  • 27-06-2024, 12:13