AZ   |   RU
Dəhşət! 3 yaşlı qızı zorladılar

 

Rusiyanın Perm diyarında 30 yaşlı yerli sakin Elohi kəndində üç yaşlı qızı zorlayıb. Hadisədən sonra cinayətkar uşağı bağlı mağazanın qarşısına ataraq qaçıb. 


Missiya.Az xəbər verir ki, bu barədə Rusiya saytları məlumat yayıb. Məlumata görə, təcavüzkar qızı onunla gəzintiyə çıxmağa və hansısa ağacın necə böyüdüyünü görməyə dəvət edib. Daha sonra uşağa hücum edərək onu zorlayıb və bağlı mağazanın yaxınlığındakı kolluqların arasına atıb. Məlumatda qeyd olunur ki, uşaq aşkar olunduqda qan içində və huşsuz vəziyyətdə olub. Kənd sakinləri uşağı xəstəxanaya çatdırıblar. Həkimlər uşağa daxili orqanların xəsarəti diaqnozu qoyublar. Hazırda uşaq komadadır. Şahidlərin köməkliyi ilə polis əməkdaşları təcavüzkarı yaxalayıblar. Dindirilmə zamanı təcavüzkar günahını etiraf edib. Lakin cinayəti sərxoş vəziyyətdə törətdiyini deyib. 


Elcan
Missiya.Az



  • 27-06-2024, 11:56