AZ   |   RU
“Samsung” və “LG” markalı televizorlar nəzarətə götürülüb

 

Koreyanın məşhur “Samsung” və “LG” brendlərinin televizorları istifadəçilərə casusluq edərkən yaxalanıb. 

Missiya.Az  xəbər verir ki, bu barədə “NewScientist” məlumat yayıb.

Bildirilir ki, bəzi Samsung televizorları 500 millisaniyədə, LG-də isə 10 millisaniyədən bir skrinşot çəkir.

Tədqiqat zamanı mütəxəssislər televiziyaları şəbəkə trafikini təhlil edən qurğuya birləşdiriblər.

Məlumata görə, istehlakçının başqaları ilə bölüşmək istəmədiyi şəxsi məlumatlar “Samsung” və “LG cihazlarının ekranlarında görünə bilər.

Müəlliflər qeyd edirlər ki, nəzarət parametrlər vasitəsilə söndürülə bilər, lakin universal təlimatlar yoxdur. Bu, fərqli avadanlıqlarda müxtəlif yollarla baş verir.


Leyla SƏMƏNDƏR
Missiya.Az

 




  • Bu gün, 16:42