AZ   |   RU
BMT son 72 saat ərzində 30 mindən çox insanın Livandan Suriyaya keçdiyini bildirib

 

İsrailin hücumlarını davam etdirdiyi Livandan son 72 saatda 30 mindən çox insanın Suriyaya keçib.

Missiya.Az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Suriya nümayəndəsi Qonzalo Varqas Llosa bildirib.

Llosa BMT-nin Cenevrə ofisinin həftəlik mətbuat konfransında onlayn olaraq iştirak edib və qiymətləndirmələr aparıb.

Llosa bu rəqəmin artacağının gözlənildiyini də deyib.


Leyla SƏMƏNDƏR
Missiya.Az




  • Bu gün, 17:23