AZ   |   RU
Viktor Orban Emmanuel Makronla görüşəcək


Macarıstan Baş naziri Viktor Orban Fransa Prezidenti Emmanuel Makronla görüşəcək.

Missiya.Az xəbər verir ki, bu barədə Macarıstan Baş nazirinin Ofisi məlumat yayıb.

Bildirilib ki, görüş iyunun 26-da baş tutacaq.

Liderlər iyulun 1-dən başlayaraq Macarıstanın qarşıdan gələn altı aylıq Aİ Şurasına sədrliyinin məqsədlərini müzakirə edəcəklər.


Zərintac Mayisqızı
Missiya.Az



  • 25-06-2024, 15:07