AZ   |   RU
Ermənistanda əsgər ölüb


Ermənistanın İstintaq Komitəsi hərbçi David Vaqanoviç Nersisyanın ölümü ilə bağlı məlumat yayıb.

Missiya.Az 
"Sputnik Armenia"ya istinadən xəbər verir ki, hadisə Zəngəzurda hərbi hissələrdən birində olub.

Bildirilib ki, əsgərin vəziyyəti qəflətən pisləşib, huşunu itirib. O, təcili xəstəxanaya yerləşdirilsə də, xilas etmək mümkün olmayıb. Xarici müayinə zamanı əsgərin bədənində zorakılıq izləri aşkar edilməyib. Ölüm səbəbini müəyyən etmək üçün bir sıra ekspertizalar təyin olunub.

Araşdırmalar davam etdirilir.

Zərintac Mayisqızı
Missiya.Az




  • 25-06-2024, 14:23