AZ   |   RU
Kazinoda 4 milyon uddu, ürəyi partladı


Sinqapur sakini “Marina Bay Sands” kazinosunda dörd milyon Sinqapur dolları udub. Lakin elə bu da onun sonluğunu gətirib. Belə ki, keçirdiyi həyəcan nəticəsində kişi infarkt keçirib.


Missiya. Az xəbər verir ki, bu barədə International Business Times (IBTimes) məlumat yayıb. Hadisənin videosunu hadisə şahidlərindən biri internetdə yayımlayıb. Kadrlarda kazino işçilərinin kart oyunu stolunun yanında yerdə uzanmış kişiyə necə kömək etməyə çalışdıqları göstərilir. Bu zaman yaxınlıqda onun arvadı olan bir qadın qışqırır. Sonradan məlum olub ki, ziyarətçi dörd milyon dollar qazanıb və sevincdən o qədər həyəcanlanıb ki, infarkt keçirib. Bu anda kazino işçiləri və digər oyunçular artıq onu təbrik etmək üçün ətrafa toplaşmışdılar. Hadisə yerinə gələn həkimlər kişiyə kömək edə bilməyiblər və o, elə oradaca keçinib. 


Elcan
Missiya.Az 



  • 25-06-2024, 10:56