AZ   |   RU
Dağıstanda törədilən terror aktları nəticəsində ölənlərin sayı artır

 

Dağıstanda terror aktları qurbanlarının sayı 25-ə çatıb. 


Missiya.Az xəbər verir ki, bu barədə “112” Telegram kanalına məlumat verilib. Telekanalın məlumatına görə, ölənlər arasında 15 hüquq-mühafizə orqanı əməkdaşı, beş mülki şəxs və şəxsiyyətləri hələlik müəyyən edilməyən daha beş nəfər var. Bundan başqa, respublika ərazisində törədilən terror aktları nəticəsində 51 nəfər xəsarət alıb. Onlardan 13-nün vəziyyətinin ağır olduğu məlum olub. Bundan əvvəl Daxili İşlər Nazirliyi terrorçularla döyüşlərdə həlak olan polis əməkdaşlarının adlarını açıqlamışdı. İyunun 23-də mütəşəkkil dəstə üzvləri Mahaçqala və Dərbənddə dini binalara silahlı basqınlar həyata keçirib, həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıb. Toqquşma nəticəsində təhlükəsizlik qüvvələri beş terrorçunu məhv edib - onların şəxsiyyəti müəyyən edilib. 


Elcan
Missiya.Az



  • 25-06-2024, 10:49