AZ   |   RU
“Tünzaləyə qovuşacağım günün tez gəlməsini istəyirəm, günlər keçmir”


"518 gün oldu, az müddət deyil, lakin mənim üçün zaman heç keçmir. Əvvəl deyirdim ki, sabah açılan kimi axşam nə tez olur. Amma indi günlər keçmir. Mən də Tünzaləyə qovuşacağım günün tez gəlməsini istəyirəm, günlər keçmir".

Missiya.Az
 xəbər verir ki, bu sözləri mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal sosial şəbəkədə yazıb.

"Tünzalə ilə görüşdüm, vidalaşdım. İnsan sevdiyini öz əlləri ilə necə torpağa qoya bilər ki? Üstünə torpaq atıb, oradan uzaqlaşmaq məni məhv edərdi. Əlbəttə ki, biri bunu etməli idi, amma mən edə bilməzdim. Evdə darıxıram, deyirəm ki, gedim, Tünzalə ilə danışım. Gedirəm, amma hiss edə bilmirəm, torpağına toxuna bilmirəm. Hər şey daş, daşa danışıb qayıdıram. Baş daşları heç bir işə yaramır, torpağına toxuna bilmirsən. Tünzalə ilə çox danışırdıq, indi hər şeyi bura yazıram. Çünki tanımadığım insanlar var, sanki sakit dayanıb məni dinləyirlərmiş kimi. Bu da mənə bəs edir. Həyat yoldaşım üçün çox darıxıram, müəyyən olunmuş vaxta kimi səbr edəcəyəm. Dünyanı sevən və amandır heç ölməyim deyənləri də anlamıram. Dünya seviləcək yer deyil. Hər birimiz imtahandayıq", - deyə o əlavə edib.

Zərintac Mayisqızı
Missiya.Az




  • 25-06-2024, 10:36